Son dəqiqə

Türkiyə İŞİD Ali Yerlikaya

Türkiyədə 17 şəhərdə İŞİD-ə qarşı əməliyyat keçirilib

Bakı,TurkicWorld

Türkiyənin 17 şəhərində İŞİD terror təşkilatına qarşı son beş gündür davam edən “Gürz-9” əməliyyatlarında 65 şübhəli saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya X sosial media hesabında paylaşım edib.

İstanbul, Ankara, Malatya və Sivas da daxil olmaqla 17 vilayətdə əməliyyatlar təhlükəsizlik qüvvələrinin koordinasiyası ilə həyata keçirilib.

“Millətimizin bilməsini istəyirəm ki, son terrorçu zərərsizləşdirilənə qədər mübarizə aparmağa davam edəcəyik”,- deyə nazir qeyd edib.

Mövzuya görə xəbərlər