Son dəqiqə

PKK İraq İŞİD

PKK Sincardan çıxarılmalıdır - İraq höküməti

Bakı, TurkicWorld

İraq Kürd Regional Hökümətii (KRG) Şəhidlər Nazirinin müavini Navser Nuri terror təşkilatı olan PKK və digər silahlı qrupların Sincardan çıxarılmasının lazım olduğunu bildirib.

TurkicWorld xəbər verir ki, İraqın Duhok şəhərində terror təşkilatı İŞİD-in 3 avqust 2014-cü il tarixində Sincara girməsinin və yezidilərə qarşı qırğın törətməsinin onuncu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Qırğında yaxınlarını itirənlərin, yezidi nümayəndələrinin və dövlət rəsmilərinin iştirak etdiyi tədbir çərçivəsində yezidilər üçün şamlar yandırılaraq, şeirlər oxunub, İŞİD terror təşkilatının işğalı ilə bağlı sənədli film nümayiş olunub.

İraq Kürd Regional Rəhbərliyi (KRG) və Şəhidlər Nazirinin müavini Enfal Navser Nuri terror təşkilatı PKK və digər silahlı qrupların Sincardan çıxarılması lazım olduğunu ifadə edərək, “Oradakı silahlı qruplar çıxarılarsa, nazirlik olaraq biz də kütləvi məzarlıqları ortaya çıxarmaq üçün davam edə bilərik. İraqın Beynəlxalq Ədalət Məhkəməsinə üzv olmasını istəyirik ki, Sincardakı problemlər həll olunsun və qurbanların yaxınları təzminat ala bilsinlər. İraq ilk dəfə 2005-ci ildə üzv olub, lakin sonra geri çəkilib. İraq oraya yenidən üzv olarsa, həm də KRG-yə rahatlıq verəcək” -deyə söyləyib.

Tədbirin keçirildiyi Laleş Mədəniyyət Mərkəzinin prezidenti Said Cerdo, "İraq hökuməti İŞİD-dən zərər görənlərə təzminat ödəməli və cinayətkarlar cəzalandırılmalıdır. Hökumət, Yezidilərlə bağlı Beynəlxalq Cinayət Məhkəməsində (ICC) açılan işin yekunlaşdırılması üçün təşəbbüs göstərməlidir.” - deyib.

Yezidilərin öz evlərinə dönə bilməsi üçün terror təşkilatı PKK-nın Sincardan çıxarılmasını nəzərdə tutan Ərbil-Bağdad razılaşmasının həyata keçirilməsini də tələb edən Cerdo, Sincarda vəziyyətin normallaşacağı təqdirdə yezidilərin öz evlərinə qayıda biləcəyini vurğulayıb.

Mövzuya görə xəbərlər