Bakı, AzerVoice
ABŞ-ın Bağdadda yerləşən diplomatik obyektinə hücum edilib.
AzerVoice xəbər verir ki, bu barədə ABŞ-ın İraqdakı səfirliyi açıqlama verib.
Bağdad Beynəlxalq Hava Limanında ABŞ-ın diplomatik obyektinə edilən hücum nəticəsində heç bir insan itkisi və ya xəsarət olmayıb.
İraq təhlükəsizlik qüvvələrinin məlumatına görə, hava limanı yaxınlığında baş verən partlayışda iki Katyuşa raketi atılıb. Raketlərdən biri İraqın terrorla mübarizə bölməsinin binasına, digəri isə Vaşinqtonun rəhbərlik etdiyi Beynəlxalq Koalisiya bazasına yönəldilib.
ABŞ-ın Bağdaddakı səfirliyi hadisə ilə bağlı qısa açıqlama verərək, hücumun yerli vaxtla 23:00 radələrində baş verdiyini və can itkisi olmadığını bildirib. Hadisənin səbəbləri və zərərin qiymətləndirilməsi davam edir. Hücumla bağlı hələlik heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib. İraq təhlükəsizlik qüvvələri isə hazırda partlayışın növünü müəyyən etməyə çalışır.