Son dəqiqə

İran İraq Məsud Pezeşkian

İran və İraq arasında əməkdaşlıq sənədləri imzalanıb

Bakı, TurkicWorld

Bu gün (11 sentyabr) İraqın paytaxtı Bağdadda İran prezidenti Məsud Pezeşkian və İraq baş naziri Məhəmməd Şiya əl-Sudaninin iştirakı ilə iki ölkə arasında 14 əməkdaşlıq sənədi imzalanıb.

TurkicWorld xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

İki ölkə arasında iqtisadiyyat, ticarət, idman və turizm, mədəniyyət, incəsənət, təhsil, media, rabitə, kənd təsərrüfatı və təbii ehtiyatlar, poçt və sairə sahələrdə əməkdaşlıq sənədləri imzalanıb.

Qeyd edək ki, İran prezidenti bu gün yüksək səviyyəli heyətin müşayiəti ilə ilk xarici səfəri olaraq İraqa gedib. İran prezidentinin səfərinin 3 gün davam edəcəyi bildirilib.

Mövzuya görə xəbərlər