Son dəqiqə

İran Rusiya Məsud Pezeşkian

İran Rusiya ilə münasibətləri ciddi şəkildə izləyir – Pezeşkian

Bakı, TurkicWorld

İran Rusiya ilə münasibətlər səviyyəsinin yüksəldilməsi istiqamətində əməkdaşlığı ciddi şəkildə izləyir və izləyəcək.

TurkicWorld xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian 17 sentyabrda Tehranda Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşdə deyib.

Onun sözlərinə görə, İran və Rusiya arasında əməkdaşlıq və münasibətlərin gücləndirilməsi iki ölkə əleyhinə tətbiq olunan addımlar və sanksiyaların təsirlərinin azalmasına səbəb ola bilər:

"Tehran və Moskva arasında münasibətlər daimi, davamlı və əbədi olaraq inkişaf edəcək".

M.Pezeşkian bildirib ki, Rusiyanın Kazan şəhərində BRICS-ə üzv ölkələrin dövlət başçılarının sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüş səmərəli olacaq.

Görüşdə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Rusiyanın regional məsələlərdə İranla əməkdaşlığa dair mövqeyi dəyişməyib.

Mövzuya görə xəbərlər