Son dəqiqə

PKK Türkiyə Silahlı Qüvvələri

Türkiyə Silahlı Qüvvələri Suriya və İraqın şimalında terrorçuları zərərsizləşdirib

Bakı, TurkicWorld

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalındakı “Fırat Kalkanı” əməliyyat bölgəsində şəxsiyyəti müəyyən edilən iki PKK terrorçusu, İraqın şimalında isə “Pençe-Kilit” əməliyyatı bölgəsində şəxsiyyəti müəyyən edilən bir PKK terrorçusu zərərsizləşdirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi paylaşım edib.

Qeyd edilib ki, Türkiyə Silahlı Qüvvələri terrorçuların fəaliyyətinə icazə verməyəcək.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər