Bakı, TurkicWorld
2024-cü ilin iyul ayında Türkiyədə baş verən ümumi qəza sayı 56 min 122 olub.
Bu barədə TurkicWorld Türkiyənin Baş Polis İdarəsinə istinadən məlumat verir.
İdarədən verilən məlumata görə, iyul ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 47 min 559, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 8 min 563 olub.
“Hesabat dövründə qeydiyyata alınan qəzalarda yaralananların sayı 38 min 30, vəfat edənlərin sayı isə 262 nəfər təşkil edib.” – deyə idarədən bildirilib.
Məlumata əsasən, yanvar-iyul aylarında Türkiyədə törədilən qəza sayı 344 min 906 olub. Avtomobillərin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 297 min 205, qeydiyyatda olduğu ərazidən kənarda törədilən qəzaların sayı isə 47 min 701 olub.
Qeyd edilən dövrdə, qeydiyyata alınan qəzalarda yaralanan vətəndaşların sayı 215 min 646, vəfat edənlərin sayı isə 1533 nəfər təşkil edib.