Son dəqiqə

Türkiyə Türkiyə Baş Polis İdarəsi Yol qəzaları və ölümlər statistikası

İyul ayında Türkiyədə 64 mindən çox qəza baş verib (ÖZƏL)

BAKI,TurkicWorld

2026-ci ilin iyun ayında Türkiyədə baş verən ümumi qəza sayı 64 min 255 olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Baş Polis İdarəsindən məlumat verilib.

İdarədən verilən məlumata görə, iyun ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 54 min 847, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 9 min 408 olub.

“Hesabat dövründə qeydiyyata alınan qəzalarda yaralananların sayı 43 min 361, vəfat edənlərin sayı isə 225 nəfər təşkil edib” – deyə idarədən bildirilib.

Məlumata əsasən, 2026-cı ildə Türkiyədə törədilən qəza sayı 392 min 598 olub. Avtomobillərin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 340 min 582, qeydiyyatda olduğu ərazidən kənarda törədilən qəzaların sayı isə 52 min 16 olub.

Qeyd edilən dövrdə, qeydiyyata alınan qəzalarda yaralanan vətəndaşların sayı 227 min 461, vəfat edənlərin sayı isə 1197 nəfər təşkil edib.

Mövzuya görə xəbərlər