Son dəqiqə

Türkiyə Türkiyə Baş Polis İdarəsi yol qəzası

İyun ayında Türkiyədə 61 mindən çox qəza baş verib (ÖZƏL)

BAKI,TurkicWorld

2026-ci ilin iyun ayında Türkiyədə baş verən ümumi qəza sayı 61 min 277 olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Baş Polis İdarəsindən məlumat verilib.

İdarədən verilən məlumata görə, iyun ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 53 min 805, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 7 min 472 olub.

“Hesabat dövründə qeydiyyata alınan qəzalarda yaralananların sayı 39 min 658, vəfat edənlərin sayı isə 196 nəfər təşkil edib” – deyə idarədən bildirilib.

Məlumata əsasən, 2026-cı ildə Türkiyədə törədilən qəza sayı 328 min 29 olub. Avtomobillərin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 285 min 489, qeydiyyatda olduğu ərazidən kənarda törədilən qəzaların sayı isə 42 min 540 olub.

Qeyd edilən dövrdə, qeydiyyata alınan qəzalarda yaralanan vətəndaşların sayı 183 min 916, vəfat edənlərin sayı isə 972 nəfər təşkil edib.

Mövzuya görə xəbərlər