Son dəqiqə

Türkiyə İstanbul Türkiyə Daxili İşlər Nazirliyi Türkiyə Baş Polis İdarəsi Esenyurt Ali Yerlikaya Narkotik narkomaniya və məktəb psixologiyası

Türkiyədə narkotik əməliyyatı: yüzlərlə kiloqram kimyəvi maddə ələ keçirildi

BAKI, TurkicWorld, Fərid Mikayılov

İstanbulun Esenyurt rayonunda polis əməkdaşlarının həyata keçirdiyi genişmiqyaslı əməliyyat zamanı 207 kiloqram metamfetamin və 98 kiloqram kimyəvi maddə ələ keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya X sosial media hesabında paylaşım edib.

Bildirilib ki, əməliyyat İstanbul Polis İdarəsinin Narkotiklə Mübarizə Şöbəsi əməkdaşları tərəfindən uğurla icra edilib.

Onun sözlərinə görə, müsadirə edilən maddələrin bir hissəsi narkotik istehsalında istifadə olunmaq üçün nəzərdə tutulub.

“Narkotik vasitələrə qarşı apardığımız bu mübarizə, gələcəyimizin təminatı olan gənclərimizi qoruma mübarizəsidir” – deyə Yerlikaya vurğulayıb.

Mövzuya görə xəbərlər