BAKI,TurkicWorld, Fərid Mikayılov
2026-ci ilin aprel ayında Türkiyədə baş verən ümumi qəza sayı 52 min 442 olub.
Bu barədə TurkicWorld-ya Türkiyənin Baş Polis İdarəsindən məlumat verilib.
İdarədən verilən məlumata görə, aprel ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 46 min 414, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 6 min 28 olub.
“Hesabat dövründə qeydiyyata alınan qəzalarda yaralananların sayı 29 min 503, vəfat edənlərin sayı isə 147 nəfər təşkil edib” – deyə idarədən bildirilib.
Məlumata əsasən, 2026-cı ildə Türkiyədə törədilən qəza sayı 209 min 808 olub. Avtomobillərin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 183 min 134, qeydiyyatda olduğu ərazidən kənarda törədilən qəzaların sayı isə 26 min 764 olub.
Qeyd edilən dövrdə, qeydiyyata alınan qəzalarda yaralanan vətəndaşların sayı 107 min 907, vəfat edənlərin sayı isə 567 nəfər təşkil edib.






