Türkiyə Mədəniyyət və Turizm Nazirliyi

Türkiyəni ən çox hansı ölkə vətəndaşları ziyarət edib

Bakı, TurkicWorld

2024-ci ilin iyununda Türkiyəyə 5 milyon 860 min 446 xarici vətəndaş səfər edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 4,95 faiz çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Nazirliyin məlumatında qeyd edilir ki, 2024-cü ilin iyun ayında Türkiyəyə 871 min 613 Rusiya vətəndaşı səfər edib ki, bu ümumi xarici vətəndaş ziyarətlərində 14,87%-lə ən yüksək göstəricidir. Müvafiq olaraq, Almaniya 10,49% (614 727) ilə ikinci, 9,62% (563 836) ilə İngiltərə (Birləşmiş Krallıq) üçüncü yerdədir. İngiltərədən (Birləşmiş Krallıq) sonra Polşa və İran gəlir.

HƏmçinin, 2024-ci ilin yanvar-iyun aylarında 21 milyon 644 min 659 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,33 faiz çoxdur.

Hesabat dövründə Türkiyəyə 2 milyon 688 min 924 Rusiya vətəndaşı səfər edib ki, bu ümumi xarici vətəndaş ziyarətlərində 12,42%-lə ən yüksək göstəricidir. Müvafiq olaraq, Almaniya 11,40% (2 467 162) ilə ikinci, 8,19% (1 773 427) ilə İngiltərə (Birləşmiş Krallıq) üçüncü yerdədir. İngiltərədən (Birləşmiş Krallıq) sonra İran və Bolqarıstan gəlir.

Mövzuya görə xəbərlər