Son dəqiqə

Türkiyə Milli Müdafiə Nazirliyi

İraqın şimalında doqquz terrorçu zərərsizləşdirilib

Bakı,TurkicWorld

İraqın şimalındakı Hakurk, Qara və Pençe-Kilit əməliyyatı bölgələrində aşkarlanan doqquz PKK terrorçusu zərərsizləşdirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) X sosial media hesabında paylaşım edib.

Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.

“Onların gəldiyini heç kim eşitməz, qayıtdıqlarını isə eşitməyən qalmaz. Harada olurlarsa olsunlar, Mehmetçik terrorçuları zərərsizləşdirməyə davam edəcək”,- deyə nazirlikdən bildirilib.

Mövzuya görə xəbərlər