Bakı, TurkicWorld
İraqın şimalındakı sığınacaq bölgələrindən qaçan bir PKK terrorçusu Haburdakı sərhəd məntəqəsinə təslim olub.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama verib.
“Türk hərbiçilərinin təyin etdiyi əməliyyatlar nəticəsində İraqın şimalındakı sığınacaq bölgələrindən qaçan 1 PKK terrorçusu Habur sərhəd məntəqəmizə təslim olub.” – deyə açıqlamada qeyd edilib.
Bildirilib ki, terrorçuların yeganə çıxış yolu Türkiyə ədalətinə təslim olmaqdır.
Hafiz Rufizoğlu