Son dəqiqə

Türkiyə Milli Müdafiə Nazirliyi

Türkiyə MN ABŞ gəmiləri ilə keçirilən təlimlər barədə açıqlama verib

Bakı,TurkicWorld

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) TCG Anadolu və TCG Gökovanın ABŞ gəmisi USS Wasp ilə həyata keçirdiyi təlimlə bağlı açıqlama verib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) mətbuat konfransı zamanı bildirib.

Nazirlik həyata keçirdiyi təlimlə bağlı bəzi mediaların “İsrailə dəstək” iddialarına cavab verib.

“Bu təlimlər birgə işi və dostluğu yaxşılaşdırmaqdan başqa bir məqsədi olmayan təlimlərdir. Əvvəllər dəfələrlə deyildiyi kimi, Türkiyə Respublikasının Fələstin xalqına zərər verəcək hər hansı fəaliyyətlə məşğul olması mümkün deyil””,- deyə nazirlikdən bildirilib.

Mövzuya görə xəbərlər