Bakı,TurkicWorld
Türk silahlı qüvvələri (TSK) son bir həftədə 65, ilin əvvəlindən isə 1828 terrorçunun zərərsizləşdirib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) mətbuat konfransı zamanı bildirib.
Bildirilib ki, Türkiyə Silahlı Qüvvələri terroru mənbəyində məhv etmək strategiyası çərçivəsində davamlı və hərtərəfli əməliyyatlar həyata keçirib.
Son bir həftədə İraq və Suriyanın şimalı da daxil olmaqla 65 terrorçunun zərərsizləşdirildiyi açıqlanıb.
Yanvarın birindən etibarən zərərsizləşdirilən terrorçuların sayı 1828-ə yüksəlib.
1370 nəfərin sərhədi keçməsinin qarşısı alınıb. Tutulanlardan 15-nin terror təşkilatı üzvü olduğu müəyyən edilib.
İlin əvvəlindən sərhədi qanunsuz keçməyə cəhd edərkən yaxalananların sayı 9067 nəfərə çatıb.