Son dəqiqə

PKK Türkiyə Milli Müdafiə Nazirliyi

İraqın şimalında beş terrorçu zərərsizləşdirilib

Bakı,TurkicWorld

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında Hakurk, Kandil və Pençe-Kilit əməliyyatı bölgələrində aşkarladıqları beş PKK terrorçusunu zərərsizləşdirib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Terrorla mübarizəmiz qətiyyətli şəkildə davam edəcək”,- deyə nazirlikdən deyilib.

Qeyd edək ki, keçdiyimiz günlərdə Türkiyənin Müdafiə Naziri Yaşar Güler Türkiyə Silahlı Qüvvələrinin istənilən vaxt əməliyyatlar apara biləcəyini həmçinin PKK-nın Suriyadakı pirat dövlət müəssisələrinin qarşısını alacaqlarını demişdir.

“Sərhəd təhlükəsizliyimizi təmin etdikdən sonra geri çəkilməyi düşünə bilərik”,- deyə nazir sonda vurğulayıb.

Mövzuya görə xəbərlər