Bakı, TurkicWorld
Türk Silahlı Qüvvələri İraqın şimalındakı Qara, Metina və “Pençe-Kilit” əməliyyatı bölgələri ilə Suriyanın şimalındakı Mənbic bölgəsində 17 terrorçunu zərərsizləşdirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi sosial media hesabından paylaşım edib.
“Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Qara, Metina və Pəncə-Kilit əməliyyatı bölgələrində müəyyən edilən 15 PKK terrorçusunu, Suriyanın şimalındakı Mənbic bölgəsində isə 2 PKK terrorçusunu zərərsizləşdirib.” – deyə paylaşımda qeyd edilb.
Bildirilib ki, terrorçuların fəaliyyətlərinə heç bir halda icazə verilməyəcək.
Hafiz Rufizoğlu