Bakı, TurkicWorld
Türkiyədə Milli İstihbarat Təşkilatı (MİT) və Şanlıurfa Jandarma Komandanlığının birgə əməliyyatı nəticəsində, PKK/KCK terror təşkilatının Fransa qolunda fəal iştirak edən Fransa vətəndaşı Denis Daniel Korkmaz saxlanılıb.
TurkicWorld xəbər verir ki, MİT tərəfindən uzun müddət izlənən Denis Daniel Korkmaz Fransada PKK/KCK adına pul toplama, təşkilata üzvlər toplama, qeyri-qanuni fəaliyyətlər və insanların, həmçinin materialların daşınmasını təşkil etməkdə fəal iştirak edib.
Korkmaz, MİT tərəfindən Şanlıurfanın Halfeti rayonunda müəyyən edilərək MİT və Şanlıurfa İl Jandarma Komandanlığının birgə əməliyyatı nəticəsində ələ keçirilib.
Əməliyyat nəticəsində saxlanılan Korkmaz, terror təşkilatının qondarma Fransa strukturunun bir hissəsi olduğu üçün prosedurlar tamamlandıqdan sonra deportasiya edilib.
Uzun müddət kəşfiyyat orqanları tərəfindən izlənən Korkmazın fərqli ad istifadə edərək sərbəst hərəkət etdiyi müəyyən edilib, lakin buna baxmayaraq, MİT-in əməliyyatından qaça bilməyib.
Qeyd edək ki, onun tutulması ilə PKK/KCK terror təşkilatının Fransadakı strukturu haqqında əhəmiyyətli məlumatlar da əldə olunub.