Son dəqiqə

Türkiyə Özbəkistan Rəcəb Tayyib Ərdoğan

Türkiyə və Özbəkistan arasında 18 müqavilə imzalanıb

Bakı. TurkicWorld:

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin iştirakı ilə iki ölkə arasında 18 müqavilə imzalanıb.

TurkicWorld xəbər verir ki, Ərdoğan və Mirziyoyevin sədrliyi ilə Prezident Külliyəsindəki ikitərəfli görüşdən sonra Türkiyə-Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü Toplantısı keçirilib.

Görüşdən sonra keçirilən mərasimdə iki ölkə arasında ekologiya, turizm, mədəniyyət, ticarət, sənaye, yüksək texnologiyalar, rabitə, media, ailə və sosial xidmətlər kimi sahələrdə müxtəlif müqavilələr imzalanıb.

Mövzuya görə xəbərlər