Son dəqiqə

Türkiyə Özbəkistan Rəcəb Tayyib Ərdoğan

Özbəkistanla ticarət həcmimiz üçün hədəf 10 milyard dollardır

Bakı. TurkicWorld:

Özbəkistanla ticarət həcmimiz üçün hədəf 10 milyard dollardır.

TurkicWorld xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şevkət Mirziyoyevin də qatıldığı Prezident Külliyesində Türkiyə-Özbəkistan Biznes Forumunda çıxış edib.

“İkitərəfli ticarət həcmimizi 3 milyard dolları keçdik. İlk hədəf 5 milyard dollar, sonra onu 10 milyard dollara çıxarmaq. Əlbəttə, mən hesab edirəm ki, bu rəqəm bizim potensialımızdan xeyli aşağıdır.” – deyə Ərdoğan bildirib.

Görüşün Türkiyə və Özbəkistanın iqtisadi və ticarət əlaqələrinin arzu olunan səviyyəyə qaldırılmasına töhfə verəcəyinə inandığını bildirən Ərdoğan, iş adamlarının problemləri ilə yaxından maraqlandığı üçün Mirziyoyevə təşəkkür edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər