Son dəqiqə

Türkiyə Fahrettin Koca Qəzza

Bəşəriyyət öz ləyaqətini müdafiə etməlidir – Fahrettin Koca

Bakı,TurkicWorld:

Bəşəriyyət güclülərə baş əyməyi dayandırmalı və öz ləyaqətini müdafiə etməlidir.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Səhiyyə naziri Fahrettin Koca İsveçrənin Cenevrə şəhərində keçirilən Ümumdünya Səhiyyə Assambleyasının (DSA) 77-ci sessiyasında söyləyib.

Nazir Qəzzada baş verən hadisələrə dünya dövlətlərinin, xüsusilə inkişaf etmiş ölkələrin susqunluğunu gündəmə gətirib.

“Xəstəxananı bombalamaq üçün heç bir qanuni səbəb ola bilməz.Artıq günahsız uşaqların üzünə baxacaq vəziyyətdə deyilik. Bu faciə bitmədikcə, sabah heç bir insanın öz ləyaqətini qoruya biləcəyinə zəmanət yoxdur. Bütün bu otaq, hamımız, bütün bəşəriyyət susmaqla cinayətə ortaq oluruq”,- deyə o bildirib.

Mövzuya görə xəbərlər