Bakı. TurkicWorld:
İsrail Baş naziri Binyamin Netanyahu daha çox qan tökərək siyasi karyerasını uzatmağa çalışır.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Əsri Konstitusiyası: Vətəndaş Konstitusiyası, Güclü Türkiyə Simpoziumunda çıxışı zamanı deyib.
"İndiyə qədər 36 mindən çox fələstinlini öldürən İsrail ordusu dünən təhlükəsiz bölgə elan etdikləri Rəfahdakı qaçqın düşərgəsində mülki əhalinin üzərinə raket və bomba yağdırdı. Beynəlxalq Ədalət Məhkəməsinin hücumları dayandırmaq çağırışından sonra baş verən bu qətliam terror dövlətinin əsl üzünü bir daha ortaya qoydu", - deyə o vurğulayıb.
Qeyd edək ki, Qəzza Səhiyyə Nazirliyi İsrail ordusunun 26 may tarixində Rəfahda məcburi köçkün fələstinlilərin yaşadığı yaşayış məntəqəsinə hücumu nəticəsində onlarla insanın öldüyünü açıqlayıb.