Bakı. TurkicWorld:
Türkiyənin 17 vilayətində jandarma tərəfindən narkotik istehsalçıları, dilerləri və küçə satıcılarına qarşı "Narkoçelik-18" əməliyyatı həyata keçirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya açıqlayıb.
Məlumata əsasən, əməliyyat nəticəsində 1 ton 57 kq narkotik maddə və 16 milyon 218 min ədəd narkotik həb ələ keçirilib, 272 şəxs saxlanılıb.





