Bakı. TurkicWorld:
Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek Brüsselə rəsmi səfər edib.
TurkicWorld xəbər verir ki, nazir Şimşek Brüsseldə ikitərəfli görüşlər keçirəcək və “Türkiyə: Avropa ekosistemində irəliləyiş” adlı tədbirdə iştirak edəcək.
Məlumata əsasən, o, Avropa İttifaqının iqtisadiyyat üzrə komissarı Paolo Gentiloni, Aİ Komissiyasının daxili bazar üzrə komissarı Thierry Breton və Aİ Komissiyasının Maliyyə Xidmətləri, Maliyyə Sabitliyi və Sərmayə Bazarları İttifaqı komissarı Mairead McGuinness ilə görüşəcək.