Son dəqiqə

ABŞ Türkiyə Milli Müdafiə Nazirliyi F-16

F-16 ilə bağlı proses planlaşdırıldığı kimi davam edir - Türkiyə MN

Bakı, TurkicWorld:

ABŞ-la Türkiyə arasında F-16 tədarükü prosesi planlaşdırıldığı kimi davam edir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlayıb.

"Təklif və Qəbul Məktublarının Layihələri ilə bağlı müvafiq bölmələrimiz tərəfindən lazımi ekspertiza və qiymətləndirmələr aparılaraq həmsöhbətlərimizə çatdırılıb", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, 29 fevral tarixində ABŞ-ın 40 ədəd yeni F-16 Blok-70-lərin Türkiyəyə tədarükü və mövcud 79 ədəd F-16-nın modernləşdirilməsi üçün göndərdiyi “Təklif və Qəbul Məktublarının Layihəsi” Türkiyə Milli Müdafiə Nazirliyinə və müvafiq bölmələrə çatdırılıb.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsindən sonra ABŞ prezidenti Co Bayden Konqresə müraciət edərək Ankaraya “F-16” satışını təsdiqləməyə çağırıb.

Daha sonra ABŞ Dövlət Departamenti Türkiyəyə 40 ədəd F-16 qırıcısının satışı və mövcud F-16-ların modernləşdirilməsi ilə bağlı Konqresə rəsmi bildiriş verib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər