Son dəqiqə

Türkiyə Malayziya CANİK

CANİK Malayziyada müdafiə sistemlərini nümayiş etdirir

Bakı. TurkicWorld:

Türkiyənin CANİK silah şirkəti Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilən 18-ci Asiya Müdafiə Xidmətləri (DSA-2024) sərgisində müasir orduların ehtiyacları üçün hazırlanmış sistemlərini nümayiş etdirir.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.

Sərgidə geniş məhsul çeşidi iştirak edən CANiK CANiK M2 QCB, CANiK M2F və CANiK M3 kimi ağır pulemyot silahlarını nümayiş etdirir.

CANiK-in beynəlxalq miqyasda tanınan yeni tapançaları TTI Combat və SFx RIVAL-lər də sərgi iştirakçılarına təklif olunan məhsullar sırasındadır.

Məlumata əsasən, CANİK 60 ölkədən minlərlə şirkətin və dünyanın 45 ölkəsindən 400-dən çox nümayəndə heyətinin iştirak etdiyi tədbirdə regional əməkdaşlığı artırmağı hədəfləyir.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər