Son dəqiqə

Azərbaycan Türkiyə Rusiya TBMM

Türkiyə Avropaya LNG ixrac edə biləcək

Baku. TurkicWorld:

2 may tarixində Türkiyə Böyük Millət Məclisində (TBMM) qanun dəyişikliyi ilə Türkiyənin idxal etdiyi təbii qazı və ya kəşflər nəticəsində istehsal etdiyi yerli qazı mayeləşdirərək ölkələrə ixrac etməsi hədəflənir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Təbii Qaz Paylayıcılar Dərnəyinin sədri Yaşar Arslan bildirib.

Rusiya-Ukrayna böhranının qlobal bazarlarda, xüsusilə də Avropa İttifaqı (Aİ) ölkələrində mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin əhəmiyyətini artırdığını vurğulayan Arslan, Avropa ölkələrində illik 450 milyard kubmetr təbii qaz ehtiyacının 40 faizi LNG-nin qarşıladığını qeyd edib.

"Xüsusilə, Rusiya və Azərbaycanda yarana biləcək artıq təbii qazı ən qısa zamanda idxal edəcək ölkələrə çatdırmaq vəziyyətindəyik. Yaxın illərdə Türkiyənin qonşuları, xüsusilə də Şərqi Avropa ölkələri ilə ticarət imkanları, təbii qaz kəşfiyyatı yataqlarında hasilat gücünün artırılması və təbii qazın mayeləşdirilməsi ilə yanaşı, Aralıq dənizi və Qara dənizdə mümkün yeni kəşflər Türkiyənin mövcud idxal müqavilələri ilə yaxşılaşdırıla bilər”, - deyə o əlavə edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər