Bakı. TurkicWorld:
Türkiyənin prioriteti Liviya ilə əlaqələrin gücləndirilməsidir.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan Liviya Mərkəzi Bankının sədri Siddik Əl-Kəbiri qəbul edib.
O, qəbul zamanı Liviyanın birlik və bütövlüyünün, Liviya xalqının sülh və firavanlığının təmin edilməsinin Türkiyənin prioritetlərindən biri olduğunu, Türkiyənin Liviyada davamlı və qalıcı siyasi həllin təmin edilməsinə töhfə verməyə davam edəcəyini bildirib.
Hafiz Rufizoğlu