İnkişaf Yolu Layihəsi ilə mühüm ticarət dəhlizi yaratmağı hədəfləyirik

İnkişaf Yolu Layihəsi ilə mühüm ticarət dəhlizi yaratmağı hədəfləyirik

Bakı. TurkicWorld:

İnkişaf Yolu Layihəsi ilə İraq və Türkiyəni birləşdirərək qlobal əhəmiyyətli bir ticarət dəhlizi yaratmağı hədəfləyirik.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə nəqliyyat və infrasturuktur naziri Abdulkadir Uraloğlu X sosial media hesabında açıqlayıb.

"Layihə həm də ölkəmizin və regionumuzun iqtisadi və geosiyasi statusunu gücləndirəcək", - deyə o əlavə edib.

Qeyd edək ki, 22 aprel tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bağdada rəsmi səfəri çərçivəsində İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə İnkişaf Yolu Müqaviləsini imzalayıb.

Məlumat üçün bildirək ki, İnkişaf yolu layihəsi, Türkiyəni 1 200 kilometrlik dəmir yolu və avtomobil yolu ilə Fars körfəzindəki Əl-Fav limanına birləşdirəcək. Yeni İpək Yolu olaraq təyin olunan layihə, Avropadan Körfəz ölkələrinə qədər geniş bir bölgəyə təsir göstərərək ortaq faydalar verəcək.

X: Lamanasadli01