Bakı, TurkicWorld:
İncirlikdə yerləşən 10-cu Tanker Baza Komandanlığının adı Türkiyə Hərbi Hava Qüvvələrinin ehtiyaclarına uyğun olaraq "10-cu Əsas Reaktiv Baza Komandanlığı" olaraq dəyişdirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlayıb.
"Beləliklə, Tanker Bazası Baş Reaktiv Baza Komandanlığına çevrildi.Dəyişiklikdən sonra F-16 donanması İncirlikdə yerləşdiriləcək", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, 15-17 aprel tarixləri arasında Türkiyə hava məkanında F-16-ların müşayiəti ilə ABŞ-ın B-1B təyyarələri ilə havada yanacaq doldurma və Birgə Hücum Nəzarətçisi Təlimi həyata keçirilib.