Türkiyədə axtarışda olan 3 minə yaxın fərari saxlanılıb

Türkiyədə axtarışda olan 3 minə yaxın fərari saxlanılıb

Bakı. TurkicWorld:

Türkiyənin 81 vilayətində axtarışda olan şəxslərə qarşı dörd gündür davam edən "ÇEMBER-17" əməliyyatlarında olan 2 min 756 fərari tutulub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya açıqlayıb.

"0-5 il axtarışda olan 2 min 736 nəfər, 5-10 il axtarışda olan 14 nəfər, 10 il və daha çox axtarışda olan altı nəfər "ÇEMBER-17" əməliyyatları nəticəsində saxlanılıb. Digər cinayətlərə görə 1138 nəfər, o cümlədən oğurluğa görə 456, dələduzluğa görə 228, adam öldürmə 30, narkotik cinayətlərinə görə 398, terrorizmə görə 19 cinayətkar tutulub", - deyə o əlavə edib.

X: Lamanasadli01