Ərdoğanın İraqa səfəri İnkişaf Yolu Layihəsində əməkdaşlığı gücləndirəcək

Ərdoğanın İraqa səfəri İnkişaf Yolu Layihəsində əməkdaşlığı gücləndirəcək

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın aprel ayında İraqa planlaşdırılan səfəri İnkişaf Yolu Layihəsində əməkdaşlığı gücləndirəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrasturuktur naziri Abdulkadir Uraloğlu bildirib.

"Türkiyə və İraqın texniki heyətləri mütəmadi olaraq görüşlər keçirir. Dəmir yolu, avtomobil yolu, dənizçilik, gömrük və ticarət məsələləri kimi müxtəlif nəqliyyat sahələri üzrə xüsusi işçi qruplarının yaradılması qərara alınıb", - deyə o vurğulayıb.

Məlumat üçün bildirək ki, İnkişaf yolu layihəsi, Türkiyəni 1 200 kilometrlik dəmir yolu və avtomobil yolu ilə Fars körfəzindəki Əl-Fav limanına birləşdirəcək. Yeni İpək Yolu olaraq təyin olunan layihə, Avropadan Körfəz ölkələrinə qədər geniş bir bölgəyə təsir göstərərək ortaq faydalar verəcək.

X: Lamanasadli01