Türkiyədə 1000-ə yaxın sənədsiz silah ələ keçirilib

Türkiyədə 1000-ə yaxın sənədsiz silah ələ keçirilib

Bakı. TurkicWorld:

Türkiyədə 71 vilayətdə dörd gündür sənədsiz silah gəzdirən şəxslərə və silah qaçaqmalçılarına qarşı davam edən “Mercek-16” əməliyyatlarında 959 şübhəli məsuliyyətə cəlb edilib, 912 silah ələ keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

"Əməliyyat çərçivəsində 661 sənədsiz tapança, dörd uzun lüləli tüfəng, 176 sənədsiz ov tüfəngi olmaq üzrə cəmi 912 silah ələ keçirilib", - deyə o bildirib.

X: Lamanasadli01