Bakı. TurkicWorld:
Türkiyənin Malatya vilayətində 4.5 bal gücündə zəlzələ baş verib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.
Məlumata görə, zəlzələ yerin 13,9 kilometr dərinliyində baş verib.
Zəlzələ nəticəsində dağıntıların olmadığı bildirilib.