Son dəqiqə

NATO Türkiyə xarici işlər nazirliyi Hakan Fidan

Hakan Fidanın NATO-da gündəm maddəsi PKK-ya müttəfiqlərin dəstəyi olacaq

Bakı. TurkicWorld:

Brüsseldə keçirilən NATO Xarici İşlər Nazirlərinin Toplantısında Türkiyənin xarici işlər naziri Hakan Fidanın prioritet gündəm maddəsi PKK terror təşkilatına müttəfiqlərin dəstəyi olacaq.

TurkicWorld bu barədə Türkiyə diplomatik mənbələrinə istinadən xəbər verir.

Məlumata əsasən, Hakan Fidanın bəzi NATO üzvlərinin terror təşkilatları ilə tərəfdaşlıq münasibətləri qurmasının qəbuledilməz olduğunu vuğulayacağı gözlənilir.

Qeyd edək ki, NATO Xarici İşlər Nazirlərinin Toplantısı aprelin 3-4-də alyansın Brüsseldəki mənzil-qərargahında keçiriləcək. Aprelin 4-ü NATO-nun yaranmasının 75-ci ildönümü olduğu üçün bayram mərasimi də keçiriləcək. İyulun 9-11-də Vaşinqtonda NATO liderləri səviyyəsində sammit keçiriləcək. Brüsseldəki toplantıda terrorizmlə mübarizə, Ukraynada baş verənlər, Vaşinqton Sammitinə hazırlıq, İsveç və Finlandiyanın üzvlüyündən sonra alyansın hazırkı vəziyyəti, digər regionlardakı strateji inkişaflar müzakirə olunacaq.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər