Son dəqiqə

Hakan Fidan

Hakan Fidan Aİ Xarici İşlər Nazirlərinin iclasında iştirak edəcək

Bakı, TurkicWorld

Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının dəvəti ilə xarici işlər nazirlərinin qeyri-rəsmi iclasında iştirak edəcək.

TurkicWorld xəbər verir ki, Türkiyə 5 ildən sonra Avropa Birliyi xarici işlər nazirlərinin qeyri-rəsmi iclasına dəvət olunub.

Görüşdə aktual beynəlxalq problemlər ətrafında fikir mübadiləsi aparılacaq.

Türkiyəni Brüsseldə xarici işlər naziri Hakan Fidan təmsil edəcək.

Fidan avropalı həmkarlarına regional və qlobal təhlükələrə qarşı Türkiyə-Aİ əməkdaşlığının əhəmiyyətini izah edəcək.

Həmçinin Fidan Aİ ilə Türkiyə arasında ticari, mədəni, akademik və humanitar əlaqələrin saxlanılması baxımından viza məsələlərinin həllinin vacibliyini vurğulayacaq.

Qeyd edək ki, Fidanın Yunanıstanın xarici işlər naziri Yorgos İerapetritis ilə görüşü də gözlənilir

Mövzuya görə xəbərlər