Son dəqiqə

Türkiyə İsrail Hakan Fidan

İsrail sülh tərəfdarlarını hədəf almaqdan çəkinmir – Hakan Fidan

Bakı, TurkicWorld

Ayşenur Ezgi Eyginin öldürülməsi İsrailin hətta sülh tərəfdarlarını belə hədəf aldığını göstərir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

"Bu hadisə açıq şəkildə göstərdi ki, İsrail hətta sülh tərəfdarı olanları da hədəfə alır. Təbii ki, biz bu qətli hüquqi baxımdan təqib edəcəyik.” – deyə Fidan qeyd edib.

Xatırladaq ki, İsrail ordusu İordan çayının qərb sahilinin Nablus şəhərində Türkiyə vətəndaşı Ayşenur Ezgi Eygini qətlə yetirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər