ASELSAN 35 milyon dollarlıq ixrac müqaviləsi imzalayıb (ÖZƏL)

ASELSAN 35 milyon dollarlıq ixrac müqaviləsi imzalayıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyənin ASELSAN müdafiə sənayesi şirkəti ilə Asiya-Sakit Okean regionunda müştəriləri arasında təxminən 35 milyon dollar dəyərində xarici satış müqaviləsi imzalanıb.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.

Məlumatda bildirilib ki, müdafiə sistemlərinin Asiya-Sakit okean regionunda müştərilərlə ixracı üçün ümumi dəyəri 34 milyon 957 min dollar olan beynəlxalq alqı-satqı müqaviləsi imzalanıb.

Xatırladaq ki, 27 mart tarixində ASELSAN bələdçi dəstləri və ASELFLIR-500 sistemi də daxil olmaqla 35 milyon 130 min dollar dəyərində üç ayrı ixrac müqaviləsi imzaladığını açıqlayıb. Bu müqavilələrlə GÖZDE bələdçi dəsti və ASELFLIR-500-ün ilk ixracı həyata keçiriləcək.

X: Lamanasadli01