Ölkə daxilində və sərhəddən kənarda terroru bitmə nöqtəsinə çatdırdıq- Yaşar Gülər

Ölkə daxilində və sərhəddən kənarda terroru bitmə nöqtəsinə çatdırdıq- Yaşar Gülər

Bakı. TurkicWorld:

Ölkə daxilində və sərhəddən kənarda terroru bitmə nöqtəsinə çatdırdıq.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

"Dövlətimizin təhlükəsizliyi və əmin-amanlığı üçün ötən əsrin ən əhatəli, ən gərgin və ən təsirli fəaliyyətini həyata keçiririk. Türkiyə Silahlı Qüvvələri sərhədlərimizin təhlükəsizliyini təmin etməklə yanaşı, terrorla mübarizədə böyük uğurlara imza atmaqdadır”, - deyə o vurğulayıb.

Nazir Gülər onu da bildirib ki, Türkiyə dünyada öz döyüş təyyarəsini istehsal edə bilən nadir ölkələrdən birinə çevrilib.

Qeyd edək ki, Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən hazırlanan milli döyüş yəyyarəsi KAAN 21 fevral tarixində ilk uçuşunu həyata keçirib.

Döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk sınaq uçuşu 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

2023-cü il mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “İstikbalin Yüzyılı” proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib.

Milli Döyüş Təyyarəsi radar dalğalarını yumşaltmaq qabiliyyətinə malik kompozit materiallardan hazırlanıb və qoşa mühərriklər, aşağı görmə qabiliyyəti, təkmil atəş sistemləri və iki funksiyalı radar kimi xüsusiyyətlərə malikdir.

X: Lamanasadli01