Son dəqiqə

Türkiyənin Enerji və Təbii sərvətlər nazirliyi Alparslan Bayraktar

Qara dənizdə üç mühüm yerdə kəşfiyyat işləri aparılacaq

Bakı. TurkicWorld:

2024-cü ildə Qara dənizdə üç çox mühüm yerdə kəşfiyyat işləri aparılacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

"Əgər mədənləriniz, qızılınız, misiniz, sinkiniz varsa, onları axtarıb hasil etmək lazımdır. Türkiyənin enerji sahəsində xaricdən asılılığını azaltmağı hədəfləyirik. 2024-cü ildə Qabarda, Hakkaridə kəşfiyyat qazıntılarımız olacaq", - deyə o əlavə edib.

Xatırladaq ki, mayın 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi və Qabar rayonlarında yeni neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər