Türkiyə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır - Alparslan Bayraktar

Türkiyə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır - Alparslan Bayraktar

Bakı. TurkicWorld:

Türkiyə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar ilk dəfə keçirilən Türkiyə-Yunanıstan Enerji Forumuna göndərdiyi videomüraciətində deyib.

"Regional əməkdaşlığın davam etdirilməsi milli və beynəlxalq enerji təhlükəsizliyi hədəflərimizin mühüm hissəsidir. Ümid edirik ki, Forum Türkiyə ilə qonşumuz Yunanıstan arasında enerji sahəsində yeni imkanlar dövrünün başlanğıcı olacaq. Türkiyə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır", - deyə o vurğulayıb.

X: Lamanasadli01