Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Almaniya Avropa

Müsəlmanlara qarşı hücumlar istintaq mərhələsində ört-basdır edilir

Bakı. TurkicWorld:

Müsəlmanlara və mühacirlərə qarşı bir çox hücumlar istintaq mərhələsində ört-basdır edilir.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Bu gün Avropada təxminən 7 milyon türk yaşayır. Demək olar ki, onların yarısı Almaniyada yaşayır. Vətəndaşlarımız uzun illərdir ki, hüquqlarını həyata keçirməkdə çətinlik çəkirlər. Almaniya rəsmiləri ilə görüşlərimizdə dəfələrlə bununla bağlı yaşanan problemləri gündəmə gətirmişik. Almaniyanın ikili vətəndaşlığı asanlaşdıran qanun tənzimləməsini alqışlayırıq", - deyə o vurğulayıb.

Ərdoğan onu da vurğulayıb ki, bu gün türk və müsəlman nifrətindən qaynaqlanan neonasist terrorizmi xalqın təhlükəsizliyini təhdid edən səviyyəyə çatıb.

"Nifrət cinayətləri ilə mübarizəyə gəldikdə Avropada fikir ayrılığı var. Bu, Qərb demokratiyaları üçün fəlakətdir. Soydaşlarımızın hüquqlarını qorumaq dövlətimizin əsas vəzifələrindən biridir", - deyə o bildirib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər