Son dəqiqə

Türkiyə İstanbul partlayış

Türkiyədə yaşayış binasında partlayış olub

Bakı. TurkicWorld:

İstanbul şəhərinin Beşiktaş səmtində beş mərtəbəli binanın üçüncü mərtəbəsindəki mənzildə təbii qaz partlayışı baş verib.

TurkicWorld xəbər verir ki, partlayış nəticəsində ətrafdakı binalardakı mənzillərin şüşələri sınıb, beton parçaları dayanmış iki avtomobilin üzərinə düşüb.

Məlumata əsasən, hadisə yerinə polis, yanğınsöndürmə briqadası, tibb işçiləri cəlb edilib.

Komandaların hadisə yerində işi davam edir.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər