Bakı. TurkicWorld:
Şimali Kipr Sülh Əməliyyatının 50-ci ildönümü çərçivəsində Türkiyənin hərbi hücum gəmisi TCG Anadolu KKTC-ni ziyarət edəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlayıb.
Bundan əlavə, Türk Ulduzları və SOLOTÜRK nümayiş uçuşları həyata keçirəcək, 50-ci ildönümü üçün xüsusi loqo dizaynı, xatirə markaları və sikkələr çap olunacaq.
Qeyd edək ki, Kipr Sülh Əməliyyatı 1974-cü il 20 iyulda başlayıb. Hava və dəniz yolu ilə Kiprə enən türk əsgərləri Kipr türk mücahidləri ilə çiyin-çiyinə döyüşüb. Türkiyə, Təhlükəsizlik Şurasının qərarından sonra 22 iyul 1974-cü ildə əməliyyatı dayandırıb.
Türkiyə, Yunanıstan və İngiltərə bir araya gələrək Kipr probleminin həlli üçün danışıqlara başlayıblar.
Türkiyə hərbçiləri Sülh Əməliyyatı ilə böyük uğur qazanıblar. Şimali Kipr Türk Respublikasının təməli qoyulub.