Son dəqiqə

Türkiyə Numan Kurtulmuş TBMM

Yeni Konstitusiya üçün məzmun danışıqları oktyabr ayından başlaya bilər

Bakı, TurkicWorld:

Yeni Konstitusiya üçün məzmun danışıqları oktyabr ayından başlaya bilər.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bildirib.

"Biz qarşılıqlı danışıqlar yolu ilə şəffaf proses həyata keçirəcəyik. Konstitusiya üçün hər kəsin fikri nəzərə alınacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyədə 1982-ci ildən qüvvədə olan konstitusiyaya 1987-ci, 2007-ci, 2010-cu, 2017-ci illərdə dəyişiklik edilib.

Mövzuya görə xəbərlər