Son dəqiqə

Türkiyə Gürcüstan Rəcəb Tayyib Ərdoğan İrakli Kobaxidze

Ərdoğan Gürcüstanın Baş nazirini rəsmi mərasimlə qarşılayıb

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni Prezident Kompleksində rəsmi mərasimlə qarşılayıb.

TurkicWorld xəbər verir ki, qarşılanma mərasimindən sonra prezident Ərdoğan və Gürcüstanın baş naziri Kobaxidze arasında ikitərəfli görüş olub.

Nümayəndə heyətləri arasındakı görüşdən sonra prezident Ərdoğan Kobaxidze ilə birgə mətbuat konfransı keçirəcək.

Prezident Ərdoğan daha sonra qonaq baş nazirin şərəfinə şam yeməyi verəcək.

Mövzuya görə xəbərlər