BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Gürcüstanda 3,8 bal gücündə zəlzələ baş verib.
TurkicWorld-un məlumatına görə, bu barədə Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Dmanisi şəhərindən 19 km qərbdə və Məmişli kəndindən 4 km məsafədə olub.







