Türkiyə və Yunanıstan arasında Müsbət Gündəm dialoqu çərçivəsində görüş keçirilib

Türkiyə və Yunanıstan arasında Müsbət Gündəm dialoqu çərçivəsində görüş keçirilib

Bakı. TurkicWorld:

Türkiyə və Yunanıstan arasında Müsbət Gündəm dialoqu çərçivəsində Türkiyə xarici işlər nazirinin müavini səfir Burak Akçapar və Yunanıstan xarici işlər nazirinin müavini Konstantinos Fraqkogiannisin başçılıq etdiyi nümayəndə heyətləri bu gün İstanbulda altıncı görüşlərini keçiriblər.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, iclasda 16 oktyabr 2023-cü il tarixində Afinada keçirilmiş son görüşdən sonra ikitərəfli ticarət, iqtisadiyyat, nəqliyyat, təhsil, texnologiya, ətraf mühit, səhiyyə və insan əlaqələrinin inkişafı üzrə Birgə Fəaliyyət Planında əldə edilmiş irəliləyişlərə nəzər salınıb və yeni əməkdaşlıq istiqamətləri müzakirə edilib.