Son dəqiqə

Türkiyə Avropa İttifaqı Rəcəb Tayyib Ərdoğan

Avropa Türk Birliyinə qarşı ayrı-seçkilik adi hala çevrilib

Bakı, TurkicWorld:

Avropa Türk Birliyinə qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Qitədə getdikcə artan islamafobiya, ksenofobiya və irqçilik Avropada yaşayan xalqımız və immiqrantlar üçün ən böyük narahatlıq səbəblərindən biridir. Bu günə qədər 15 mini uşaq olmaqla cəmi 35 min fələstinlinin qətlə yetirildiyi Qəzza böhranı fonunda bəzi Avropa qurumları və ölkələrinin izlədiyi siyasətlər Avropa dəyərlərinə olan inamın sarsılmasına səbəb olub. Nə qədər ki, Avropaya və ümumi coğrafiyamıza təsir edən böhranlar, münaqişələr və müharibələr həll olunmamış qalacaq, bu dəyərlərə qarşı şübhələr artmağa davam edəcək", - deyə o bildirib.

Ərdoğan onu da qeyd edib ki, genişlənmə siyasətinin geniş vüsət aldığı bu kritik məqamda Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlərin əsasını təşkil edən bütün sahələrdə, o cümlədən üzvlük danışıqlarında əməkdaşlığı inkişaf etdirməyin və onları daha möhkəm təməl üzərində yerləşdirməyin vaxtı çoxdan çatıb.

"Avropa İttifaqının qlobal güc statusuna mənfi təsir göstərən ölkəmizə qarşı həyata keçirilən istisna siyasətlər qarşısında Türkiyə strateji imkanlarından istifadə etməkdən və inkişaf etdirməkdən çəkinməyəcək. Fürsətdən istifadə edərək bir daha xatırlatmaq istərdim ki, biz Türkiyə olaraq ölkəmizin layiq olduğu yeri tutacağı gələcəkdə daha həmrəy Avropa masası üçün birlikdə işləməyə hazırıq", - deyə o qeyd edib.

Mövzuya görə xəbərlər